Cümə, 19.04.2024, 21:31

Приветствую Вас QONAQ | RSS



AS SALAMU ALEYKUM VA RAHMATULLAH! SAYTA XOŞ GƏLMİSİNİZ!
ALLAH ELMİNİZİ ARTIRSIN VƏ SİZİ XEYİRLİ BƏNDƏLƏRİNDƏN ETSİN! AMİN!

DUALAR...
ƏL-ALİM
Ya Alim! Sənin üçün bilmənin və elmin başlanğıcı yoxdur, mən isə ancaq sonradan bilərəm. Sənin bilmədiyin bir an yoxdur, mən isə bəzən bilərəm. Sən açıb söylədiklərimi də bilirsən, içimdə gizlədib demədiklərimi də bilirsən, unudub özümdən gizlətdiklərimi də bilirsən. Öz quyularıma ağlımın iplərini sallaram, amma özümə ağıl verməz. Sən məni məndən çox tanıyırsan. Qəlbimin quyularında
dolaşıram, özüm özümə yetmirəm. Sən mənə məndən çox sirdaşsan. Bildiyimi bilənlərdən et məni, bilmədiyimi bilənlərdən et məni! Sənə məlum olan ayıb və qüsurlarımla utandırma məni!
AMİN!!!

ALLAH
Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.

Ya Rəhman! Sən elə rəhmət edərsənki, rəhmətinin bir parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır.

Ey Rəhim , Sən elə Rəhimsənki, qulaqlarım istər-istəməz Sənin sözlərini dinləməyə can atır, ağlıma vəhyinlə tənəzzül edirsən. Elə Rəhimsənki, Səndən istəyəndə həmişə verirsən, Səndən istəməyəndə də belə, bizə lütf edirsən. Elə Rəhimsənki, haqqı olana həmişə verərsən, haqqı olmayana belə çox bəxş edərsən. Elə Rəhimsənki, dünyanı bu qədər gözəl etmisən, Axirəti bundan daha gözəl etmisən. Ya Rəbbi, qorxudan qəlbimi əmin et mənim, hüzündən qəlbimi azad et. Atəşdən uzaq et məni, hicrana düşürtmə məni, rəhmətinin rəhminə al məni, mərhəmətinin qucağına al qəlbimi

Ya Məlik! Kimsənin kimsəyə fayda verə bilməyəcəyi gün hökm Sənindir! Göylərin yarıldığı gün sahibim Sənsən, ulduzlar dağılan günü sahibim Sənsən! Varlığım mənə aid deyil, varım yoxum hamısı Sənindir, əlimdə olanlar mənim deyil, sahib olduqlarım da Sənindir, yoxluğa düşürmə məni, darlıq vermə qəlbimə, məkan Sənindir.

Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni!

Ya Aliyy! Ən gözəl sifətlər belə səni tərifləməyə yetməz, Sənin lütfünün şöləsidir bütün gözəl sifətlər. Ən gözəl vəsflər belə, Səni vəsf etməyə kifayət deyil, sənin cəmalının kölgəsidir bütün mükəmməl vəsflər. Sən hər cür təsəvvürdən yüksəksən və hər cür xəyaldan alisən. Sifətlərinə xəyallar və fantaziyalar çata bilməz, ucalığını ağıl dərk edə bilməz. Sənin lütfkarlığınla ülviyyət qazanır bütün aləm. Sənin nazil etdiklərinlə mərtəbələr qazanır insanlar, cinlər və mələklər. Acizliyimə uca qüdrətinlə mədət eylə! Fəqirliyimə ülvi yaxınlığınla imdad et! Sənki içimin içində olub bitənləri bilirsən, yaxınına al məni! Sənki ucalardan ucasan, Səndən başqasına boyun əydirmə məni!

Ya Hafiz! Hifzinin xəzinəsində aləm, bir nöqtədən ibarətdir. Hifzinin ayinəsində ay və günəş, sönük bir parıltıdan ibarətdir. Bahar qışa dönər bir gün, səhər axşama çatar. Səhərlər Səndəndir, qoru məni və səhərə qədər saxla məni! Ulduzlar sönər bir gün, dağlar yerindən oynar, göylər Sənindir. Qoru məni, qapına yetişdir! Göylər dağılar bir gün, yer yerindən oynar. Hər yer Sənindir, qoru məni, mənzilə çatdır! Quşlar dağılar, dənizlər qaynar bir gün. Üfüqlər Sənindir, qoru məni! Adım unudulacaq bir gün, səsim boşluqda qalar heç kim eşitməz. Yaxınlıqlar Səndəndir, qoru məni, yaxınlığına götür məni! Dəftərim açılacak bir gün, günahlarım onun çox hissəsini tutacaq. Təqdir Sənindir, qoru məni, əfvini yetişdir! Sözüm bitər bir gün, səssizlik bürüyər məni. Kəlam Sənindir, qoru məni, müjdəni yetişdir!

Ya Muqit! Sən hər kəsin hər ehtiyacını hər an görərsən. Sənə əyandır hər cür niyyət və hərəkətim. Sən, sonzuluq istəyini qəlbimə ilham edərsən, Sənə mə'lumdur bütün dualarım və istəklərim. Sən, zəif və acizlari, yetim və yoxsulları qoruyub saxlayırsan. Sənə mə'lumdur acizliyim! Sən, birinci yoxsullara əl tutanı sevərsən, Sənə mə'lumdur yoxsulluğum və əməllərim. Niyyətlərimi gözəlləşdir, ixlaslı olmağı nəsib et mənə! Ömrümü əbədiyyata apar, Cənnətində yerləşdir məni! Yoxsulluğumu mərhəmətinlə qarşıla, başqasına əl açdırma məni! Günahlarımı ğüfranına bəhanə et, üzümü qara etmə mənim

Ya Raqib! Ömrümün hər anında Səni anmağı dilərəm, lakin halım imkan vermir, unuduram. Qəlbimə zikrini yerləşdir, oyandır məni! Ölüm anımı səni anaraq yaşamaq istərəm, lakin vəziyyətim macal verməz, susaram. Dualarımı qatına yetişdir! Hesab günü Səni razı etməyi arzu edirəm, lakin savabım yetməz, qorxuram. Əməllərimi xeyirli et, yaxşı insanlarla xatıra məni!

AMİN!!!


   

1 2 3 ... 7 8 »
Dinimiz işləməyi əmr və tövsiyə etdiyi kimi, bu əməli üstün bir fəzilət olaraq görmüş, tənbəlliyi və buna bağlı olaraq dilənçiliyi də pisləmiş və qadağan etmişdir.
Yoxsulu doydurmaq, ehtiyacı olana kömək etmək hər bir müsəlmanın borcudur.

Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) yalnız üç sinif insan üçün kömək istəmənin halal olduğunu bildirmişdir. Bunlar: Bir şəxsə və ya topluluğa kəfil olub borclanan və borcunu ödəyəməyən, bütün malı bir fəlakətl itirən, fəqir düşən və fəqirliyi onu tanıyanlara qəbul edilən kişilərdir. Bunların xaricində qalan və bir günlük yeyəcəyi olub, çalışıb qazanıla biləcək gücə sahib birinin dilənməsi isə caiz (icazəli) görülməmişdir. (Müslim,Zəkat)

Peyğəmbərimiz (Allahın salamı və salatı onun üzərinə olsun!) məslək halına gətirilən dilənçiliyi şərəfsizlik saymış və belə buyurmuşdur: "Sizdən bəziləri dilənməkdən əsla vaz keçməz. Ən sonunda qiyamət günündə bu şərəfsiz insan, üzündə bir tikə ət parçası olmadan Allaha qovuşar. (Müslim, Zəkat 103)

Hər kim ki, çox mal toplamaq üçün, imkanı olan insanlardan dilənərsə, o sanki bir atəş parçası istəmiş kimi olur. (Müslim, Zəkat 105)

İslam dini işləməyən, tənbəl, başqalarına yük olan insanları yaxşı bir müsəlman saymamışdır. Yuxarıdakı hədislərdən anlaşıldığı kimi, dilənmək və dilənçiliyi bir peşə halına gətirmək şiddətlə ... Davamı »

Baxılıb: 438 | Tarix: 05.08.2009

Yuxuya kiçik ölüm adı da verilib. Həqiqətən yatmış insanla ölən arasındaki fərq çox da fərqli deyil. Məsələn: yatan insan eşitmir, ölən insan da həmçinin, yatan insan görmür, ölən insan da görmür və s. Oxşar cəhətləri misal çəkmək olar. Bunu daha yaxşı anlamaq üçün isə Allahın Kitabına müraciət edək.

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. [Zumər, 42]

Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: “Axır zaman yaxınlaşdıqda müsəlmanın gördüyü yuxular çox vaxt doğru çıxacaq. Ən doğru yuxuları ən doğru danışanlar görəcək. Müsəlmanın yuxusu peyğəmbər yuxusunun qırx beş hissəsindən biridir. Və ümumiyyətlə yuxu üç cür olur:
gözəl yuxu Allahdan gələn bir müjdədir;
xoşagəlməz yuxu şeytan tərəfindəndir;
və bir də insanın çox fikirləşdiyi bir şeyi yuxuda görməyi.
Hərgah sizdən biriniz xoşagəlməz bir yuxu görmüşdürsə, qalxıb Allaha dua etsin və bu yuxunu heç kəsə danışmasın.” (Səhih Muslim)

– Bir qadın Peyğəmbərin (s.a.s.) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Yuxuda gördüm ki, Cənnətə düşmüşəm. Orada bir səs eşitdim ki, o səsdən Cənnət titrədi. Filankəsin oğlu filankəs, filankəsin oğlu filankəs deyilə ... Davamı »

Baxılıb: 178 | Tarix: 05.08.2009


Bir düşünün. Həyatınız boyu unudmamanız lazım olan nə qədər çox şey var. Bu yazıda sizin həyatınızın ən vacib mövzuları unutmamağınız üçün hazırlanmışdır. İnsan unutqandır. İnsan Allahın hər an onun yanında olub onu izləməsini, dinləməsini, Allaha etdiyi hər bir şeyə görə cavab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin varlığını, qarşılaşdığı hər şeydə ona bir xeyir olduğunu unudur. Allah bizi aşağıda sayacağımız mövzuları unutmayanlardan eləsin. Amin.

Tək ilahın Allah olduğunu unutmayın

Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə qumdan uca bir qala yarana bilməz. Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük. İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam. İnsanın nəfəs almağı üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər. Heç biri bir saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı həyatda yaşaması üçün öz vəzifələrini nizamla, dəqiq yerinə yetirirlər. Buna görə Allah Təala Mülk surəsinin 23-cü a ... Davamı »

Baxılıb: 108 | Tarix: 05.08.2009

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.

TİBB
• Həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləmini çox yeniliklər gətirən “Əl-Qanun” adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır.

[/c]Kitabın “Tibbin İncili” adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur.

• Bəzi tədqi ... Davamı »

Baxılıb: 182 | Tarix: 29.05.2009

  
     İnsanı əhatə edən aləm bu aləmdə milyon illərlə baş verən dəyişikliklər həmişə diqqət mərkəzində olub. İnsan oğlu bu hadisəlrdə bir qayda bir harmoniya axtarmağa çalışıb. Ən paradoksal cəhət isə bu dəyişilmələrin bütün zahiri mürəkkəbliyinə baxmayaraq onların riyazi fiziki və məntiqi ifadələri sadə olmaqla bərabər bu hadisələrin bəş verdiyi sistemlərin öz sabitlik tarazlıq vəziyyətlərini saxlamaq xüsusiyyətləri olub.

    Dünya okeanında il ərzində minlərlə ən müxtəlif kimyəvi və fiziki proseslərin getməsinə baxmayaraq onun bütün həcmində həll olmuş əsas komponentlərin nisbi miqdarları həmişə sabit qalır. Analoji halı atmosfer hadisələrində də müşahidə etmək olar. Məlum olduğu kimi hava əsasən azot və oksigen qazlarının qarışığından ibarətdir və kimyəvi birləşmə deyil. Yer səthində və atmosferdə baş verən tufanlar qasırğalar nəhəng hava kütlələrini bir kontinentdən digərinə sürətlə aparır. Lakin bu güclü axınlar havanın tərkibində olan azot və oksigen qazla ... Davamı »
Baxılıb: 139 | Tarix: 19.04.2009